Yeniyetmələrin Sumqayıt şəhər birinciliyinə yekun vurulub

Yeniyetmələrin Sumqayıt şəhər birinciliyinə yekun vurulub

Dekabrın 23-24-də Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Sumqayıt şəhər birinciliyi keçirilib. İki gün davam edən yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Sumqayıtın 14 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 240 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın sonuncu günündə oğlanlar arasında 6 çəki dərəcəsində 109 cüdoçu tatamiyə çıxıb. Oğlanlar arasında isə -60 kq, -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəkilərdə qaliblərin adlarına aydınlıq gəlib.

Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il təşkil olunacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.