Azərbaycan Güləş Federasiyasından yeni layihə

Azərbaycan Güləş Federasiyasından yeni layihə

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.
Belə ki, cari ildə yetirmələri U-15 və U-17 Avropa və dünya çempionatlarında medal qazanan şəxsi məşqçilərlə görüş keçirilib. Federasiya bu məşqçilərlə sıx əməkdaşlığa başlayır.
Qarşıdakı 1 il ərzində AGF tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcək. Bu istiqamətdə təbliğat və təşviqat işlərində federasiya tərəfindən tam dəstək veriləcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, 2028 və 2032 Olimpiya Oyunları üçün daha güclü və rəqabətli heyət formalaşdırmaq üçün həyata keçiriləcək digər layihələrlə bağlı da ictimaiyyətə məlumat veriləcək.