
Roma Papası Fransisk "Yuventus”un argentinalı forvardı Karlos Teveslə görüşüb. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Papa ilə görüşdə Teves bildirib ki, katoliklərin rəhbərinin belə bir ciddi şəxs olması və həm də argentinalı olması onu çox sevindirir. Daha sonra 29 yaşlı futbolçu Roma Papasına öz adı yazılmış "Yuventus”un geyimini hədiyyə edib. Hədiyyə verilən futbol geyiminə klubun bütün futbolçuları imzalarını atıblar.
Xatırladaq ki, builki İtaliya çempionatında Teves 12 oyun keçirib və 6 qol vurub.


