Noyabrın 20-dən 27-dək Qazaxda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" devizi altında mini-futbol üzrə turniri keçiriləcək. Turnir Qazax Olimpiya İdman Kompleksində baş tutacaq.Turnirin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtların səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda mini - futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.


