İl ərzində ölkəmizdə bir sıra kütləvi idman tədbirləri keçirilib

İl ərzində ölkəmizdə bir sıra kütləvi idman tədbirləri keçirilib

2023-cü il ərzində Azərbaycanda bir sıra kütləvi idman tədbirləri keçirilib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Açıq suda üzmə yarışı olan "Kürü keçək!”, qapalı məkanda üzmə yarışı olan “Birlikdə üzək”, Zəfər gününə həsr olunmuş III “Qələbə qaçışı”, “Küləyə qalib gəl” şüarı ilə keçirilən “Bakı Marafonu-2023”, Avropa İttifaqı ilə birlikdə Goranboyda “Be active” yarışları, "Unutma, YAŞAT!" minifutbol turniri, Qubada “İdman Festivalı 2023”, hazırda davam edən, dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri sağlam həyat tərzinin təbliğinə, müxtəlif yaş qruplarından on minlərlə insanın idmanla məşğul olmasına şərait yaradıb. İl ərzində ölkəmizin müxtəlif rayon və şəhərlərində yerləşən Olimpiya İdman Komplekslərində məktəblilər arasında “Üzməyi öyrənirik” təlimləri keçirilib.