Cüdoçularımız Qran-pri turnirdə iştirak edəcəklər

Cüdoçularımız Qran-pri turnirdə iştirak edəcəklər

Yanvarın 26-28-də Portuqaliyanın Odivelaş cüdo üzrə Qran-pri turniri keçiriləcək. 80 ölkədən 520 (288 kişi, 232 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız turnirdə 17 (11 kişi, 6 qadın) idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışın qalibi 700, ikincisi 490, üçüncü yeri tutan idmançı isə 350 reytinq xalı qazanacaq.