Voleybolçularımız EEVZA yarışı üçün Polşaya yollanıb 

Voleybolçularımız EEVZA yarışı üçün Polşaya yollanıb 

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yollanıb.

Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 10-14-də təşkil olunacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oyunların cədvəli

11 yanvar

23:00. Azərbaycan - Estoniya

12 yanvar

20:00. Azərbaycan – Ukrayna

13 yanvar

23:00. Azərbaycan – Latviya

14 yanvar

20:00. Azərbaycan – Polşa