İlin mühüm idman tədbirlərinin təqvimi 

İlin mühüm idman tədbirlərinin təqvimi 

Artıq 2024-cü ilin ilk 10 günü arxada qalmaq üzrədir. Ötən il olduğu kimi, bu il də bizi dünya idmanında mötəbər yarışlar gözləyir. Belə ki, müxtəlif növlər üzrə Avropa, dünya çempionatları və beynəlxalq yarışlarla yanaşı, idman həvəskarlarının 4 il gözlədiyi Paris-2024 Yay Olimpiya Oyunları və futbol üzrə Avropa çempionatı da ilin ən mühüm idman hadisələrindən olacaq. Bu mötəbər yarışlarda Azərbaycan idmançıları da iştirak edəcəklər.
 “Olimpiya dünyası” qəzeti il ərzində keçiriləcək ən mühüm idman yarışlarının və hadisələrinin təqvimini oxucularına təqdim edir.  

Yanvar

5-19 yanvar: Dakar rallisi (Səudiyyə Ərəbistanı)
8-14 yanvar: Fiqurlu konkisürmə üzrə Avropa çempionatı (Litva)
10-28 yanvar: Kişilər arasında həndbol üzrə Avropa çempionatı (Almaniya)
12 yanvar - 10 fevral: futbol üzrə Asiya Kuboku (Qətər)
13 yanvar - 11 fevral: futbol üzrə Afrika Millətlər Kuboku (Kot-d İvuar)
15-28 yanvar: tennis üzrə Avstraliya Açıq çempionatı (Avstraliya)
19 yanvar - 2 fevral: Yeniyetmələrin Qış Olimpiya Oyunları (Cənubi Koreya).


Fevral

2-18 fevral: Su idman növləri üzrə dünya çempionatı (Qətər)
3 fevral: NHL - Ulduzların yarışı (Kanada)
7-18 fevral: Biatlon üzrə dünya çempionatı (Çexiya)
11 fevral: Amerika futbolu üzrə 58-ci Super Bowl turniri (ABŞ)
15-18 fevral: Tək məsafəli konkisürmə üzrə dünya çempionatı (Kanada)
15-25 fevral: Çimərlik futbolu üzrə dünya kuboku (BƏƏ)
16-25 fevral: Stolüstü tennis üzrə dünya komanda çempionatı (Cənubi Koreya)

 
Mart
 
1-3 mart: Atletika üzrə qapalı məkanda dünya çempionatı (Böyük Britaniya)
2 mart: Formula 1 mövsümünün startı (Bəhreyn)
8-23 mart: Afrika Oyunları (Qana)
18-24 mart: Fiqurlu konkisürmə üzrə dünya çempionatı (Kanada)

 
Aprel

 2-25 aprel: Şahmat üzrə İddiaçılar turniri (Kanada)
10 aprel - 6 may: Snuker üzrə dünya çempionatı (Böyük Britaniya)
15 aprel: Boston Marafonu (ABŞ)
24 aprel - 5 may: Bədii gimnastika üzrə Avropa çempionatı (İtaliya)

 
May

10-26 may: Buz üstündə hokkey üzrə dünya çempionatı (Çexiya)
22 may: UEFA Avropa Liqasının finalı (İrlandiya)
26 may: İndy Car 500 (ABŞ)
26 may: Formula 1 üzrə Monako Qran Prisi
26 may - 8 iyun: Tennis üzrə Roland Qarros turniri (Fransa)
29 may: UEFA Konfrans Liqasının finalı (Yunanıstan)

 

İyun

1 iyun: UEFA Çempionlar Liqasının finalı (Böyük Britaniya)
4-30 iyun: Kriket üzrə Dünya Kuboku - Olimpiya T20 (ABŞ, Karib hövzəsi)
14 iyun - 14 iyul: Futbol üzrə Avropa çempionatı (Almaniya)
15-16 iyun: Le Manda 24 Saat yürüşü (Fransa)
15-25 iyun: Okeaniya Millətlər Kuboku (Vanuatu)
28-29 iyun: Hokkey üzrə NHL draftı (ABŞ)
29 iyun - 21 iyul: Tur de Frans (İtaliya, Fransa)
Tarix məlum deyil: Hokkey üzrə Stenli Kubokunun finalı

 
İyul

1-14 iyul: Uimbledon tennis turniri (Böyük Britaniya)
5-15 iyul: İpək Yolu rallisi (Rusiya, Monqolustan, Çin)
26 iyul - 11 avqust: Paris-2024 Yay Olimpiya Oyunları (Fransa)

 

 Avqust
 
14 avqust: Futbol üzrə UEFA Super Kuboku (Polşa)
18-25 avqust: Avarçəkmə üzrə dünya çempionatı (Kanada)
26 avqust - 8 sentyabr: Tennis üzrə US Open turniri (ABŞ)
28 avqust - 8 sentyabr: Paris-2024 Yay Paralimpiya Oyunları (Fransa)

 
 
Sentyabr

14 sentyabr - 6 oktyabr: Futzal üzrə dünya kuboku (Özbəkistan)
20-22 sentyabr: Tennis üzrə Laver kuboku (Almaniya)

 

 Oktyabr

12-20 oktyabr: Yelkən idmanı üzrə Amerika Kuboku (İspaniya)
16-20 oktyabr: Trek velosipedi üzrə dünya çempionatı (Danimarka)
28 oktyabr - 3 noyabr: WTA tennis mövsümünün finalı (Çin)
Tarix müəyyən edilməyib: “Qızıl top” mükafatının təqdimetmə mərasimi (Fransa)

 

Noyabr

 Tarixi məlum deyil: Ağırlıqqaldırma üzrə dünya çempionatı (Bəhreyn)
Tarixi məlum deyil: Tennis üzrə Deyvis Kubokunun finalı
10-17 noyabr: ATP tennis mövsümünün finalı (İtaliya)
28 noyabr - 15 dekabr: Qadınlar arasında həndbol üzrə Avropa çempionatı (Avstriya, Macarıstan, İsveçrə)


Dekabr

 8 dekabr: Formula 1 mövsümünün finalı (BƏƏ)
Tarixi məlum deyil: FİFA Klublararası Dünya Kuboku (Səudiyyə Ərəbistanı)