Beynəlxalq Cüdo Federasiyasının saytında Azərbaycan Cüdo Federasiyası ilə bağlı məqalə dərc olunub

Beynəlxalq Cüdo Federasiyasının saytında “Azərbaycan Cüdo Federasiyası 2023-cü ildə əldə etdiyi nailiyyətləri qeyd edir” başlıqlı məqalə dərc olunub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Məqalədə Azərbaycan Cüdo Federasiyasının “İlin ən yaxşı idman federasiyası” nominasiyasında 2-ci yeri təmin etməklə yanaşı, müxtəlif kateqoriyalarda cüdo ailəsinin üzvlərinin fərqlənməsi də vurğulanır.

Bundan əlavə, saytda “Qızlara ağ yaraşır” kampaniyasının həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilməsi və bir sıra beynəlxalq mükafatlara layiq görülməsi işıqlandırılıb.