İlk iki yerin sahibi olimpiadaya vəsiqə əldə edəcək

İlk iki yerin sahibi olimpiadaya vəsiqə əldə edəcək

Macarıstan, İspaniya və Almaniya həndbol üzrə qadın komandaların Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya turnirinə ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Həndbol Federasiyasının (İHF) rəsmi saytında məlumat yer alıb. Reqlamentə əsasən yarış iştirakçıları üç qrupa bölünəcəklər. Qruplarda ilk iki yeri tutan milli komandalar Parisdə keçiriləcək Oyunlara yollanacaqlar.Təsnifat turnirləri 11-14 aprel tarixlərində keçiriləcək. Xatırladaq ki, Fransa, Norveç, Danimarka, Braziliya, Cənubi Koreya və Anqola milli komandaları artıq Olimpiya Oyunlarında iştirakını təmin ediblər.

Qruplarda yer alan komandaları təqdim edirik.

1-ci qrup

(Debretsen, Macarıstan)

İsveç, Macarıstan, Kamerun, Yaponiya.

2-ci qrup

(Torrevieja, İspaniya)

Hollandiya, Çexiya, Argentina, İspaniya.

3-cü qrup

(Neu-Ulm, Almaniya)

Almaniya, Monteneqro, Sloveniya, Paraqvay.