ADBTİA tələbələrinin idman uğurları

ADBTİA tələbələrinin idman uğurları

İdman tədbirləri beynəlxalq əlaqələrin yaxşı saxlanmasında mühüm rol oynayır. İdman tədbirləri dünya sülhünü təşviq etmək üçün istifadə edilə bilər. Beynəlxalq idman tədbirləri beynəlxalq münasibətlərə və dünyada sülhə mühüm töhfə verir . 
Ölkəmizdə idman inkişaf etdikcə onun maddi-texniki bazası da möhkəmləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikanın regionlarında 50-dən  artıq Olimpiya İdman Kompleksi tikilib, istifadəyə verilib. Belə sağlamlıq infrastrukturlarından biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman bazalarıdır.
Akademiyada bədən tərbiyəsi və idmana dövlətin diqqət və qayğısı sahəsində ölkəmizdə gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, Olimpiya Hərəkatının genişləndirilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Akademiyanın ixtisasçı tələbələri beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazanmışdır. Müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarının, dünya kuboku yarışlarının Azərbaycana salınması artıq ənənə şəklini almışdır.
Budəfəki məqalədə İdman Akademiyasının bədən tərbiyəsi və idmanın inkişafını şərtləndirən və təmin edən idmanın bütün strukturlarının yaradılması, idman sahəsində maddi-texniki bazanın öhkəmləndirilməsi, İdman Akademiyası beynəlxalq idman əlaqələri sistemində (2015-2023-ci illər) proqramlarının hazırlanması, beynəlxalq idman təşkilatları ilə əlaqələrin qurulması və ölkəmizin bu təşkilatlarda fəal iştirakı, müxtəlif ölkələrlə müvafiq müqavilələrin bağlanması məsələləri nəzərdən keçirilmişdir. 
Məqalədə İdman Akademiyasının idman sahəsindəki əlaqələrinin istiqamətləri, bağladığı müqavilələrin əhəmiyyəti göstərilir, bu sahədə akademiyanın maraqları əsaslandırılır və təhlil olunur. 
Yazıda İdman Akademiyasının Beynəlxalq yarışlara qoşulması, bu sahədə qazandığı uğurlar, akademiyada beynəlxalq standartlara cavab verən idman qurğularının istifadəyə verilməsi və bütün bunların akademiyanın idman əlaqələrində mühüm amilə çevrilməsindən bəhs olunur.

2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları da bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan (İdman Akademiyasının tələbələri) idmançıları 56 medal qazanıblar. (Onlardan 21 qızıl, 15 gümüş və 20 bürünc medal). Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi olub.
II Avropa Oyunlarında yığmamız Minsk-2019-u 28 medalla başa vurub. Təmsilçilərimiz 5 qızıl, 10 gümüş və 13 bürünc mükafata yiyələniblər.
Komandamız 10 gün davam edən II Avropa Oyunlarının yekun medal sıralamasında 10-cu yeri tutub. Bu müddətdə sahibini tapan 200 dəst medala 43 ölkə təmsilçiləri yiyələnib. Onlardan 34-ü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Medal sıralamasına Rusiya başçılıq etmişdir. 9 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk "üçlüy”ü qazanıb.
İlk "altılıq”da növbəti yerləri İtaliya, Niderland və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk "onluq”da qərarlaşıb.


Beynəlxalq yarışlarda mükafat qazanmış idman akademiyasının tələbələrinin nailiyyətləri (2010-2024) Yeniyetmələrin ilk Olimpiya oyunları 2010-cu ildə Sinqapurda təşkil edilib. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında dünyanın 205 ölkəsindən 3600 idmançı 26 növ üzrə qüvvəsini sınayıb. 12 gün davam edən Sinqapur-2010 yeniyetmələr arasında ən güclüləri üzə çıxarıb və bu yarışda yalnız 97 ölkənin nümayəndələri medal qazana biliblər. Azərbaycan komandası Sinqapur-2010 Olimpiadasında idmanın 6 növü üzrə - güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo, kanoe -12 idmançı (güləş -5 nəfər, boks-3 nəfər, ağırlıqqaldırma - 1, cüdo -1, taekvondo-1, kanoe-1 nəfər) ilə təmsil olunub. Ölkəmiz bu yarışlarda 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq, dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutub. Murad Bazarov (yunan-Roma güləşi, 42 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50 kq), Patimat Baqomedova (qadın güləşi, 52 kq), Nicar Rəhimov (ağırlıqqaldırma, 69 kq),Əli Maqomeddabirov (sərbəst güləş, 100 kq) qızıl medal qazanıblar. Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (48 kq) Elvin İsayev (boks, 57 kq) isə olimpiadanın gümüş medalına layiq görülüblər.
2011-2023-ci illərdə akademiyada təhsil alan tələbələr 37 beynəlxalq yarışda iştirak etmişlər. Xarici ölkələrdə keçirilmiş 32 beynəlxalq yarışlarda isə Akademiyanın tələbələrinin yığma komandalarının iştirakı təmin olunub.


2011-2023-ci illərdə Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda, Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 800-ə yaxın medal qazanmışlar (o cümlədən 110 qızıl, 280 gümüş, 410 bürünc), 2800 (17 əməkdar idman ustası, 34 beynəlxalq dərəcəli idman ustası, 801 idman ustası, 655 idman ustalığına namizəd, 1293 birinci dərəcə) idman normativlərini yerinə yetirmişlər. İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq, 62 təlim-məşq toplanışlarında iştirak etmişdir. Təlim-məşq toplanışlarında ümumilikdə 234 nəfərədək idmançı iştirak etmişdir.


Azərbaycan Respublikası Prezidentinin 654 №-li, 04 mart 2005-ci il tarixli "Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən hər il Akademiya 5 mart tarixində "Bədən tərbiyəsi və idman günü” qeyd edilir.
2013-cü il iyulun 24-də Akademiyanın tələbələri Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiada iştirak etmiş və yüksək nailiyyətlərə nail olublar. Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilmiş, bayrağı 16 dəfə dalğalanmış, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. 2014-cü il avqustun 16-28-də Çinin Nankin şəhəri 2014-cü il avqustun 16-28-də keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınamışdır. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda Akademiyanın tələbələri də mübarizə aparmışdılar. Azərbaycanı Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmanın 9 növündə 21 idmançı təmsil etmişdilər. 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub.
2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarında ADBTİA-nın tələbə və məzunları 26 (12 qızıl, 8 gümüş, 6 bürünc) medal qazanmışlar.

Təmsiçilərimiz Rio-de-Janeyro 2016-cı il XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanmışdır. Azərbaycan komandası medalların sayına görə 207 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin Avropa dövlətləri sırasında 7-ci, İslam dövlətləri sırasında 1-ci, MDB-də isə 2-ci yerdə qərarlaşdı. Olimpiada medalı sayında isə Azərbaycan 8-ci yeri tutub. Qazandıqları medalların ölkənin iqtisadiyyatın qüdrətinə nisbətində isə Azərbaycan 6-cı yer tutub. Sevindirici haldır ki, Akademiyanınn tələbə və məzunlarında medalların qazanılmasında xidmətləri olub.
Rio-de-Janeyro 2016-cı il XXXI Yay Olimpiya Oyunlarında ADBTİA-nın tələbə və məzunları 5 medal (2 gümüş, 3 bürünc) qazanmışlar.
12-20 may 2017-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş IV İslam Həmrəylik Oyunlarında mükafat qazanmış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə məzunları 57 iştirakçıdan 62 medal (39 qızıl, 13 gümüş, 10 bürünc)
qazanmışdır. IV İslam Həmrəylik Oyunlarında medal qazanmış tələbələrdən 30 hazırda Akademiyada təhsil alır, onlardan 14-ü qızdır. Bu yarışda iştirak edən idmançı qızlarımız 19 medal qazanmışdır. (Onlardan, 12 qızıl, 4 gümüş, 3 bürunc ). Qızlardan 7-i hazırda Akademiyada təhsil alır, 7-i isə məzundur.
1-12 oktyabr 2018-cü ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 206 ölkədən 3998 idmançı 32 idman növündə qüvvəsini sınamışdır. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunmuşdur. Yarışların ilk günü yeniyetmə idmançılarımız cüdo, stolüstü tennis, taekvondo, idman gimnastikası üzrə yarışlarda qüvvələrini sınayıblar. Əvvəlcə cüdoçularımız Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) rəqibləri ilə münasibətlərinə aydınlıq gətiriblər. Vüsalə Kərimova son nəticədə yarışları 7-ci yerdə başa vursa da, Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmən idmançılarımız tərəfindən 17 lisenziya əldə edilib və 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla ümümi 7 medal qazanılıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib. Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.
Minsk-2019 II Avropa Oyunlarında iştirak etmiş idmançıların 54-ü idman akademiyasının tələbə və məzunlarıdır. Hazırda 12 tələbə akademiyanın müxtəlif kurslarında təhsil alırlar. Onlardan, Mahir Əmiraslanov (sərbəst güləş (57 kq)), Abdulla Əl-Maşayxi isə (gimnastika) gümüş medal qazanıblar.
Minskdə təşkil olunan Avropa Oyunlarında idman akademiyasının məzun cüdoçuları Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) bürünc medal qazanıblar. Cüdoçularımız həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub. Cüdoçularımız medalların sayına görə 49 ölkə arasında 3-cü, əyarına görə isə 12-ci yeri tutub.


2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya oyunlarında doğma Azərbaycan bayrağını yüksəklərə qaldıraraq himnimizi səsləndirən idmançılar arasında yenə də akademiyamızın tələbə məzunları olmuşdur. Ümumiyyətlə Tokio-2020 Yay Olimpiya oyunlarında  idman akademiyasının tələbələrindən 27 nəfər iştirak etmişdir. Onlardan, Akademiyanın tələbə və  məzunlarından sərbəst güləşçimiz Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında (65 kq), gümüş,  karateçimiz Rafael Ağayev gümüş, Rafiq Hüseynov (77 kq-da) yunan-Roma güləşçimiz bürün medal qazanmışlar. 


Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin I tədris ili tələbəsi Xəyal Əliyev Türkiyənin Antalya şəhərində böyüklər arasında keçirilən muaytay üzrə Avropa çempionatında qızıl,  Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri olan tələbələrimiz - 111R3 qrupunun tələbəsi Ramil Vəlizadə, 111A15 qrupunun tələbəsi Rəşad Alquliyev və 113R2 qrupunun tələbəsi Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar. Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniya idmançıları ilə qalibiyyət uğrunda mübarizə aparan idmançılamızdan Ramil Vəlizadə 2 qızıl 1 gümüş, Rəşad Alquliyev 2 bürünc, digər tələbəmiz Əbdürrəhman Rüstəmov isə 2 qızıl 1 bürünc,akademiyanın güləş zalında Azərbaycan və Tatarıstan komandaları arasında koreş və Azərbaycan milli güləşi üzrə yoldaşlıq görüşü keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşündə 5 çəki dərəcəsi üzrə 36 idmançı mübarizə aparıb.Dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil edilən yoldaşlıq görüşü, Beynəlxalq Koreş Federasiyasının və Azərbaycan milli güləşinin mövcud qaydalarına əsasən keçirilib. Yarışın yekun nəticələrinə əsasən dostluq qalib gəlib. 

İdman Akademiyasının məşqçilik fakültəsinin 212A5 qrup tələbəsi Amin Quliyev Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Combat Games”də və Portuqaliyanın Albuferia şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə böyüklər arasında baş tutan dünya çempionatında bütün rəqiblərini geridə qoyaraq, hər iki yarışda qızıl medal, 
məşqçilik ixtisasının 211A2 qrup tələbəsi Hüseynov Nicat Namiq oğlu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında keçirilən 
Avropa çempionatında uğurlu çıxış edərək ardıcıl ikinci dəfə qızıl medal,  Portuqaliyanın Albufeira şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında ölkəmizi layiqincə təmsil edən məşqçilik ixtisasının 213A1 qrup tələbəsi
Məmmədov Elvin Elşən oğlu inamlı mübarizə apararaq, qızıl medal,  16-24 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli güləş üzrə dünya çempionatında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti” magistr ixtisasının ikinci kurs tələbəsi, Yunan-Roma güləşçisi Rafiq Hüseynov 82 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, 2-ci dəfə dünya çempionatında qızıl, Hüseyn Məmmədli (110A29), Hüseyn Hüseynzadə (110A29) və İnci Əzizova (119A02) Belarusda keçirilən II MDB oyunlarında karate idman növü üzrə bürünc medal, V kurs 119A24 qrup tələbəsi Vüqar Talıbov Almaniyanın Berlin şəhərində keçirilən gənclər üzrə Avropa Kubokunun qızıl, Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında 212A11 qrup tələbəsi Elcan Hacıyev cüdo yarışlarında bürünc, IV kurs tələbələri Toğrul Salmanov (110A32) və Kənan İsmayılov (120A4) Ümumdünya Yay Universiadasında bürünc medala yiyələnib. Ötən ilin sentyabr ayında Özbəkistanın Xivə şəhərində keçirilən Mas-reslinq idman növü üzrə dünya çempionatında iştirak edən İdmanın təkmübarizlik növləri kafedrasının baş müəllimi Xəyyam Orucov bürünc medal qazanmışlar.
Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında Avropa çempionatında futzalçılarımız sonuncu oyunda son Avropa çempionu Xorvatiyanın Zaqreb Universiteti komandasına 4:3 hesabı ilə qalib gələrək, 7-ci yeri tutmuşlar. 


Q119R1 qrupunun IV kurs tələbəsi Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl, Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunlarında ölkəmizi təmsil edən ASAPES-in “Kütləvi sağlamlıq idman növləri” kafedrasının atletika müəllimi Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda gümüş medallar qazanmışlar.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi mini futbol üzrə yarışın finalında ADBTİA-nın müəllimlərdən ibarət komandası AzTV kollektivini 7:3 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.
Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz, Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının final mərhələsində hakimlik etmişdir.
III AvropaOyunlarıda Polşaya 101 idmançı ilə yollanan Azərbaycan nümayəndə heyəti yekunda 11 medal qazandı ki, bunların da 3-ü qızıl, 2-si gümüş, 6-sı isə bürünc əyarlıdır. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında 24-cü yeri tutmuşdur. İdmançılarımızla yanaşı, bu mötəbər turnirə ölkəmizin müxtəlif media orqanlarının 26 nümayəndəsi də yollanmışdı. Sevindirici haldır ki, akademiyada tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının məzunu, həmçinin akademiyanın əməkdaşı Rüfət Abdullayev də Avropa Oyunlarında oxatma, qılıncoynatma, badminton və cüdo yarışlarında media nümayəndəsi kimi (fotojurnalist) ölkəmizi təmsil edib. 

ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları ADBTİA tələbələrinin idman uğurları