Xaçmazda yeni idman klubunun açılışı olub

Xaçmazda yeni idman klubunun açılışı olub

Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz şəhərində "Əhməd” İdman Klubunun açılışında iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, klubda idmançıların məşq prosesini izləyən nazir mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Fərid Qayıbov "Əhməd” İdman Klubunun nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma zalının fəaliyyəti ilə maraqlanıb. Nazir idman zalının mövcud şəraiti ilə tanış olub və idmançılarla söhbət edib.

Tədbirdə nazir müavini Mariana Vasileva da iştirak edib.