FİFA referimiz seçmə mərhələnin oyununda
Azərbaycanlı hakimlər briqadası 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələ oyununu idarə ediblər. Bu, Macarıstan - Albaniya komandalarının görüşünə təsadüf edib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov olub. Ona yan xətt hakimləri Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olublar. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
Qarşılaşmaya gəlincə, albanlar səfərdə 2 cavabsız qolla qalib gəliblər. Rəhim Həsənov oyunun 75-ci və 83-cü dəqiqələrində qol qeydə alıb. FİFA referimiz həmçinin matçın 58-ci və 85-ci dəqiqələrdə qonaqların iki futbolçusuna sarı vərəqə göstərib.


