21 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandası itki ilə üzləşib. "Bakı” klubunun futbolçusu Şəhriyar Əliyev cəzalanıb.
21 yaşlı müdafiəçi Avro-2015-in Makedoniya milisi ilə seçmə oyununda (0:1) sarı vərəqə almaqla cəzalı duruma düşüb. Belə ki, cəmi 3 oyuna çıxan Şəhriyar bunadək 1 dəfə də xəbərdarlıq almışdı. Ş. Əliyev oktyabrın 10-da Norveçlə səfər matçında (3:1) ilk xəbərdarlığını almışdı. Budəfəki sarı vərəqə isə onun UEFA-nın yarış üçün əsasnaməsinə görə cəzalanması ilə nəticələnib.
Qeyd edək ki, Şəhriyar Əliyevin buraxacağı oyun gələn il iyunun 5-də təşkil olunacaq. Həmin gün millimiz Bakıda Norveç komandasını qəbul edəcək.