“Qala" zirvədəki mövqeyini qoruyur

“Qala" zirvədəki mövqeyini qoruyur

 Kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turunun oyunları keçirilib.  Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan birinci oyunda "Qala" klubu BDU basketbolçuları ilə ilə üz-üzə gəlib. Bu görüşdə Elxan Əliyevin yetirmələri rəqiblərini böyük hesablı məğlubiyyətə uğradıblar. Onlar rəqiblərini 112 xal fərqi ilə üstələyiblər - 145:33.
Günün digər oyununda isə "Gəncə" AZTOP komandasını sınağa çəkib - 63:59. Beləliklə, 8-ci turdan sonra rəqiblərindən iki oyun az keçirən "Qala" liderliyini davam etdirir.


VIII tur
16 fevral (şənbə)
"Qala" - BDU - 145:33
"Gəncə" - AZTOP - 63:59

                        O  Q    M         T          X
1. Qala              6    6    0    685-329    12
2. NTL-Maxxis   7    5    2    598-514    12
3. AZTOP          8    4    4    582-557    12
4. Gəncə           7    4    3    507-467    11
5. ADBTİA         5    1    4    372-405    6
6. BDU              7    0    7    374-836    7