Bu gün Misirin paytaxtı Qahirə şəhərində atıcılıq üzrə Dünya Kuboku yarışına start veriləcək. Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi atıcılıq üzrə komandamızın üzvləri Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcək. Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma yarışında dəqiqliyini yoxlayacaq. Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında hədəfi nişan almağa çalışacaq. Nigar Nəsirova və Ruslan Lunyov yarışda həmçinin 10 m pnevmatik tapança qarışıq komanda yarışlarda iştirak edəcək.
Dünya Kuboku yarışları fevralın 1-dək davam edəcək.