Güləşçilər ilin ilk yerli yarışında iştirak edəcəklər 

Güləşçilər ilin ilk yerli yarışında iştirak edəcəklər 

Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə ilin ilk yarışı - U-20 Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında təşkil olunacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.