Təşkilat Komitəsi təhlükəsizlikdən narahatdır

Təşkilat Komitəsi təhlükəsizlikdən narahatdır

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ölkəyə gələcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə büdcənin artırılmasını istəyir.

Bu barədə Təşkilat Komitəsinin rəhbəri Toni Estanq bildirib.

“Təhlükə səviyyəsi daim yenilənir. Buna görə də polis və təhlükəsizlik xidmətləri Olimpiya Oyunlarında hər bir iştirakçının və tamaşaçının təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Təhlükəsizliyin təmin olunmasına təxminən 300 milyon avro tələb olunur. Ola bilsin ki, bu məbləğ bir qədər də artırılsın. Bu, bizim əsas işimizdir”, - deyə o yerli mətbuata məlumat verib.

Toni Estanq həmçinin 1972-ci il Olimpiadasında baş vermiş terror aktını xatırladaraq, İsrail yığmasının və nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını da gizlətməyib.

Məlumat üçün bildirək ki, Parisdə-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.