Azərbaycan və İsveçrə arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və İsveçrə arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 30-da İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəlini qəbul edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Azərbaycanın gənclər siyasəti, idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Səfir səmimi qəbula görə təşəkkür edib.

Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub