Oyunların vaxtı azaldılacaq

Oyunların vaxtı azaldılacaq

Milli Basketbol Assosiasiyasının (MBA) keçirdiyi oyunların vaxtı azaldıla bilər. MBA komissarının müavini Adam Silver belə bir təkliflə çıxış edib. Onu da deyək ki, assosiasiyanın rəhbərliyi fevralın 1-dən Silverin əlinə keçəcək. O, Devid Sterni əvəzləyəcək. Silver basketbolda oynanılan 4 hissənin hər birinin vaxtını 12 dəqiqədən 10 dəqiqəyə qədər azaltmaq niyyətindədir. Over taymlar isə 5 dəqiqədən 3 dəqiqəyədək azaldıla bilər. Düzdür, hələlik bu dəyişikliklərin həyata keçirilməsinə başlanılmayıb. Amma Adam Silver klubların sahibləri ilə keçirdiyi görüşlərdə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb.
Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd oyunları yayımlayan telekanallara daha çox vaxt qazandırmaqdır.
Qeyd edək ki, MBA-nın inkişaf liqası (D liqa) artıq 2 ildir ki, oyunların vaxtının azaldılması ilə bağlı eksperiment aparır.