Azərbaycan və Qazaxıstanın idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Azərbaycan və Qazaxıstanın idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Yanvarın 31-də gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayeli qəbul edib.

Qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Qazaxıstan Səfirliyinin üçüncü baş katibi Adilet Saqimbayev də iştirak edib.