Böyük Britaniyada "Mançester Yunayted” futbol klubunun məşhur məşqçisi Aleks Fergüsonun tərcümeyi-halı çapdan çıxıb. Xarici KİV-lərin verdiyi məlumata görə, kitab tezliklə satışda "lider”ə çevrilsə də, memuarlar, burada yer alan 45 faktla bağlı səhv tapmış tələbkar oxucuların tənqid atəşinə tutulub.Məsələn, kitabda deyildiyinə görə, komandanın yarımmüdafiəçisi Rayan Giqqz klubun heyətində ilk oyununa 16 yaşında başlayıb, halbuki həmin vaxt gənc futbolçunun 17 yaşı artıq tamam olmuşdu. Bundan başqa, Fergüson kardiotənzimləyicinin qoyulduğu tarixi qarışdırıb. Əslində, bu prosedur 2004-cü ilin mart ayında həyata keçirilib. Lakin məşqçi bu əməliyyatın 2000-ci ildə aparıldığını bildirir.
Nəşriyyatın nümayəndələri Fergüsonun kitabından narazı qalan hər bir oxucunun pulunu geri qaytamağa hazırdır. Qeyd edək ki, 2013-cü ilin mayında Aleks Fergüson 27 il baş məşqçisi olduğu "Mançester Yunayted”dəni getdiyini elan edib. Təcrübəli məşqçi "qırmızı şeytanları” Preymer-liqada 13-cü dəfə qalib gəldikdən sonra tərk edib.