Fevral ayı üçün reytinq cədvəli açıqlanıb

Fevral ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü ilin fevral ayına olan reytinq cədvəlini açıqlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 360 xal toplayan cüdoçu Zelim Kotsoyev isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.