“Qara mamba”nın 3 heykəlindən biri

“Qara mamba”nın 3 heykəlindən biri

Fevralın 8-də “Los-Anceles Leykers” arenasında əfsanəvi basketbolçu Kobe Bryant heykəlinin açılışı mərasimi keçirilib. “Qara Mamba” ləqəbli basketboçunun heykəl forması 2006-cı il yanvarın 22-də “Toronto Raptors” üzərində 122:104 hesablı qələbədən götürülüb. Həmin vaxt Kobe 81 xal toplayıb, bu nəticə tarixin ən yaxşı ikincisi olub. Heykəl Brayantın xatirəsinə ucaldılacaq üç heykəldən birincisidir. Qalan iki heykənin hazırlığı üçün isə işlər davam edir.

Qeyd edək ki, mərasimin tarixi xüsusi olaraq seçilib - 02.08.2024. Bütün nömrələr NBA əfsanəsinin oyun nömrələrini və onunla birlikdə helikopterdə həlak olan qızının təvvəlüdünü özündə əks etdirir.