Türkiyə açıq çempionatından 6 medal

Türkiyə açıq çempionatından 6 medal

Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında iştirak ediblər. Baş məşqçi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komandamız yarışı 2 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) və Məryəm Cəfərova (152 sm) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutub. Komandamıza bürünc medalı isə Gülay Əliyeva (160 sm) qazandırıb.

Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək.