Avropa çempionatında ikinci gün: Bu gün 4 güləşçimiz medal görüşünə çıxacaq

Avropa çempionatında ikinci gün: Bu gün 4 güləşçimiz medal görüşünə çıxacaq

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında ikinci yarış günündə start veriləcək. Yarışların ikinci günündə komandamızın daha 5 güləşçisi mübarizəyə başlayacaq.

Komandamızın heyətində Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində bolqarıstanlı Nedyalko Petrovla qarşılaşacaq.

1/8 finalda isə Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadı, Ülvü Qənizadə (72 kq) gürcüstanlı Giorgi Çxikvadzeni, Rafiq Hüseynov (82 kq) türkiyəli Alperen Berberi, Murad Əhmədiyev (97 kq) Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün həmçinin Azərbaycanın dörd güləşçisi medal uğrunda güləşəcək. Rəşad Məmmədov (55 kq) və Murad Məmmədov (63 kq) qızıl, İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) isə bürünc mükafat qazanmaq üçün yarışacaqlar. R.Məmmədov moldovalı Artyom Deleanu, M. Məmmədov isə ukraynalı Aleksandr Qruşinlə qarşılaşacaq. İ.Abbasovla B.Kandelakinin rəqibləri isə hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.