Avropa çempionatı: Bu gün dördqat Olimpiya mükafatçımız mübarizəyə başlayır

Avropa çempionatı: Bu gün dördqat Olimpiya mükafatçımız mübarizəyə başlayır

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında üçüncü yarış gününə start veriləcək. Turnirin üçüncü günündə Azərbaycanın qadın güləşçiləri mübarizəyə başlayacaqıar. Çəkisi 50 kq olan idmançıların mübarizəsində dördqat Olimpiya mükafatçımız Mariya Stadnik ilk görüşdə Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə qarşılaşacaq.  

Alyona Kolesnik (59 kq) isə Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Bu gün həm də yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq. Azərbaycanın üç güləşçisi qızıl medal uğrunda yarışacaq. Nihat Məmmədli (60 kq) moldovalı Viktor Çiobanu, Həsrət Cəfərov (67 kq) rusiyalı Ruslan Biçurin, Ülvü Qənizadə (72 kq) türkiyəli Səlçuk Canla qarşılaşacaq.

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadze ilə güləşəcək.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.