U-19-un rəqibləri noyabrın 28-də bilinəcək

U-19-un rəqibləri noyabrın 28-də bilinəcək


19 yaşınadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. 2014/15-ci illər mövsümünün püşkü noyabrın 28-də atılacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Azərbaycan millisinin rəqiblərinin müəyyənləşəcəyi tədbirdə 52 komanda 13 qrupa bölünəcək. Final mərhələsinə ev sahibliyi edəcək Yunanıstan və mübarizəyə elit-raunddan başlayacaq İspaniya seçmə oyunlarından azaddır.
52 yığma isə reytinqinə əsasən 2 səbətə bölünüb. Son 3 mövsümün nəticəsinə görə Azərbaycan millisi nisbətən zəiflərin yer aldığı B səbətindədir. UEFA reytinqində 1,333 xala malik ölkəmiz 53 ölkə arasında 43-cüdür.
Xatırladaq ki, hər qrupdan ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda yüksələcək.

A səbəti: Fransa, Serbiya, Türkiyə, Portuqaliya, İngiltərə, Hollandiya, Danimarka, Xorvatiya, Almaniya, Belçika, İrlandiya, İtaliya, Norveç, Çexiya, Ukrayna, Gürcüstan, Avstriya, İsveçrə, Slovakiya, Rumıniya, Şotlandiya, Macarıstan, Polşa, Rusiya, Bosniya və Hersoqovina, İsrail;
B səbəti: Sloveniya, Şimali İrlandiya, Belarus, Kipr, Monteneqro, Uels, Bolqarıstan, Makedoniya, İslandiya, Finlandiya, Estoniya, Ermənistan, Albaniya, Azərbaycan, İsveç, Latviya, Litva, Moldova, Farer adaları, Malta, Qazaxıstan, Lüksemburq, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq.