Taekvondocumuz “Fəcr Open”də bürünc medal qazandı

Taekvondocumuz “Fəcr Open”də bürünc medal qazandı

İranın paytaxtı Tehranda taekvondo üzrə “Fəcr Open” turniri keçirilir.

Federasiyadan verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan komandası artıq ilk medalını qazanıb. G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bürünc medala sahib çıxıb.

Turnirə bu gün yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan millisi “Fəcr Open” turnirindən sonra Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək