Millimiz FİFA reytinqində geriləyəcək

Millimiz FİFA reytinqində geriləyəcək

Bişkekdə keçirilən matçda Qırğızıstan milli komandası ilə heç-heçə etməsi Azərbaycan yığmasının ziyanına olub. Qolsuz heç-heçə millimizin FİFA reytinqindəki durumuna mənfi təsir göstərib.
Belə ki, bu heç-heçə cəmi 46,5 xal üçün yetərli olub. Bu isə son 4 ilin nəticələrinə əsasən hesablanan əmsalımızın 363-ə enməsi ilə nəticələnib. Hərçənd 7 gün əvvəl bu rəqəm 407-yə bərabər idi.
Estoniya yığmasına 1:2 hesablı məğlubiyyətdən sonra əmsalı 380-ə düşən millimiz noyabrın 15-dəki matçda 27 xal itirmişdi. Bu dəfə yığmamız daha 17 xal itkisi ilə üzləşib. Ümumilikdə isə, ilin son 2 oyunu 44 xal bahasına başa gəlib.
Ötən ay FİFA reytinqində 88-ci olan komandamız xal itkiləri hesabında təxminən 10 pillə geriləyəcək. Çünki son reytinqdə olan 363 xal yalnız 98-ci olmağa yetərli idi. Bu səbəbdən komandamızın təxminən 98-ci olacağı gözlənilir. Lakin digər komandaların da xalının dəyişməsi cüzi fərqə səbəb ola bilər.
Qeyd edək ki, FİFA reytinq cədvəlini noyabrın 28-də açıqlayacaq.