Hafiz Məmmədov məşhur muzeydə olub

Hafiz Məmmədov məşhur muzeydə olub



"Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdə olub. Həmyerlimiz məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib.
Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron, Lans şəhərinin meri Silven Robert, "Lans” klubunun prezidenti Jerve Martel müşayət ediblər. Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dektot Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verib.
II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksın SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini bildirib. Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı, şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada IV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib. "Bakı” klubunun prezidenti "Lans” klubunun arenası Feliks Bollar stadionuna da dəvət olunub. "Lans” klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.
Qeyd edək ki, noybarın 23-də Fransa 2-ci liqasında mübarizə aparan "Lans” bu arenada 14-cü turun oyununa çıxıb. Hafiz Məmmədov "Şatoru”nu qəbul edən meydan sahiblərinin oyununu şərəf tribunasından izləyib. Oyun "Lans” klubunun qələbəsi ilə başa çatıb.