DÇ-2014-ün final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin təqribi tərkibi müəyyənləşib. Braziliyada keçiriləcək mundialın 32 iştirakçısı tədbir zamanı 4 səbətə bölünəcək.İlk səbətdə təşkilatçı ölkə Braziliyadan başqa, FİFA-nın oktyabr reytinqində olan 7 ən yaxşı yığma yer alacaq. Bunlar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay komandalarıdır. Qalan səbətlərə bölgü isə coğrafi prinsip əsasında aparılacaq.
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.
1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə;
2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya;
3-cü səbət: Fransa, Çili, Ekvador, Kot-D İvuar, Qana, Əlcəzair, Nigeriya, Kamerun;
4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras.