Yerli sakinlərin narazılığı nə ilə başa çatacaq?

Yerli sakinlərin narazılığı nə ilə başa çatacaq?

Las-Veqasda  Formula 1 Qran Prisinin gələcəkdə keçirilməsi ilə bağlı dinləmələr keçiriləcək. Yerli sakinlərin narazılığı ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq. Məsələ müsbət qarşılandığı təqdirdə 3 illik razılaşma əldə olunacaq. Bu barədə hökumət sədri Ceyms Gibson məlumat verib

Xatırladaq ki, Las-Veqas Qran Prisi 2023-cü il noyabrın 16-dan 18-dək keçirilib. Mərhələnin qalibi üçqat dünya çempionu və «Red Bull» pilotu niderlandlı Maks Ferstappen olub.

Məlumat üçün bildirək ki, yeni mövsüm Las-Veqas Qran Prisi noyabrın 21-dən 24-dək keçiriləcək. Bu, 24 yarışdan ibarət təqvimdə 22-ci olacaq.