UEFA “Qalatasaray”ı cəzalandırdı

UEFA “Qalatasaray”ı cəzalandırdı

UEFA Türkiyənin "Qalatasaray” klubunu cəzalandırılıb. Qitə futbol qurumunun bu addımı atmasına səbəb”sarı-qırmızılı” azarkeşlərin "Kopenhagen” klubu ilə səfər oyunundakı davranışları olub.
Belə ki, stadionda məşəl yandıran, meydana müxtəlif əşyalar atan və matçın gec başlamasına səbəb olan azarkeşlər klubu 100 min avro ziyana salıblar.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 5-də keçirilən "Kopenhagen” - "Qalatasaray” qarşılaşması danimarkalıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.