Elçin Məmmədov təyinat alıb

Elçin Məmmədov təyinat alıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb. Həmyerlimiz UEFA Avropa Liqasının L qrupunun "Şaxtyor” (Karaqandı, Qazaxıstan) - PAOK (Yunanıstan) oyununda tədbirin direktoru (UEFA Venue Director) funksiyasını yerinə yetirəcək. Matç noyabrın 28-də, Astana şəhərində keçiriləcək. Səfər çərçivəsində E. Məmmədov Qazaxıstan Futbol Federasiyasının lisenziyalaşdırma şöbəsinin əməkdaşları ilə görüşəcək və bu sahədə görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılacaq.