16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 4 oyun keçirilib.
Birincilikdə ümumilikdə 10 komanda iştirak edir. Komandalar iki qrupa bölünüb və bir dövrədə mübarizə aparırlar. Oyunlar dairəvi sistemlə keçirilir.
A qrupunda “Murov Az Terminal-2”, “Tovuz”, “Hacıqabul”, “Sumqayıt”, “Oğuz”, B qrupunda isə “Murov Az Terminal-1”, “Gəncə”, “Azərreyl”, "Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül" ( Şuşa) komandaları mübarizə aparırlar.
İlk oyunlarda “Murov Az Terminal-2” – “Hacıqabul”a 1:2,
“Murov Az Terminal-1” isə “Azərreyl”ə 0:2 hesabı ilə uduzub. “Tovuz” – “Sumqayıt” oyununda isə ikincilər qələbəyə seviniblər -0:2.
“Gəncə” komandası isə “Milli Aviasiya Akademiyası” ilə oyunda qalib gəlib.