Beynəlxalq turnirin püşkü atılıb

Beynəlxalq turnirin püşkü atılıb

Valentin Qtanatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin püşkü atılıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ənənəvi turnirdə çıxış edəcək 16 komanda 4 qrupa bölünüb.
19 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandası C qrupunda yer alıb. Almaniyalı mütəxəssis Nikolay Adamın başçılıq etdiyi komandamız Yaponiya, Çexiya və Yunanıstan komandaları ilə qarşılaşacaq. Qeyd edək ki, 2014-cü il yanvarın 3-dən 12-dək keçiriləcək turnirdə 15 ölkənin millisi və Sankt-Peterburq yığması mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, qrup qalibləri 1-4, ikincilər 5-8, üçüncülər 9-12, sonuncular 13-16-cı yerlər uğrunda mübarizəni aparacaqlar.

A qrupu: Belarus, İran, Slovakiya, Finlandiya;
B qrupu: Sloveniya, Estoniya, Rusiya, Moldava;
C qrupu: Yaponiya, Çexiya, Yunanıstan, Azərbaycan;
D qrupu: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya.