Güləşçilər ölkə birinciliyində qüvvələrini sınayacaqlar

Güləşçilər ölkə birinciliyində qüvvələrini sınayacaqlar

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üçüncü dəfə təşkil olunacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də yarışlar olacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcəklər. Turnirin ikinci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.

Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər.