Pəhləvanlarımız Antalyada fərqləndilər

Pəhləvanlarımız Antalyada fərqləndilər

Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sərbəst güləşçilərimiz ənənəvi yarışı 2 medalla başa vurublar. Komandamızın üzvlərindən Musa Ağayev (65 kq) gümüş medala layiq görülüb. 79 kq çəkidə qüvvəsini sınayan Ramiz Həsənov isə turnirin bürünc medalına sahib çıxıb.