Parisə gedən yol Bakıdan keçəcək

Parisə gedən yol Bakıdan keçəcək

Aprelin 5-dən 7-dək Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Olimpiadasına lisenziya qazandıracaq. Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Turnirin proqramına əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Aprelin 6-da qadın güləşində, turnirin son günündə isə sərbəst güləşdə mübarizəyə start veriləcək. 

I-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Turnirin təntənəli açılış mərasimi aprelin 5-də saat 17:30-da başlayacaq.