Toğrul Hacıyev yad edilib

Toğrul Hacıyev yad edilib

Noyabrın 27-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Regional Futbol Federasiyaları İctimai Birliyinin keçmiş vitse-prezidenti, əməkdar məşqçi, əməkdar idman xadimi mərhum Toğrul Hacıyevin 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə AFFA-nın əməkdaşları, veteran futbolçular, ölkə futbol ictimaiyyətinin nümayəndələri T. Hacıyevin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə gül dəstələri qoyulub, mərhumun ruhuna dualar oxunub.