Cüdoçularımız beynəlxalq Masters turnirində iştirak edəcəklər

Cüdoçularımız beynəlxalq Masters turnirində iştirak edəcəklər

Azərbaycan cüdoçuları Almaniyanın Bremen şəhərində keçiriləcək Beynəlxalq Bremen Masters turnirində iştirak edəcək. 
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnir martın 24-də keçiriləcək. 

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası yarışda oğlanlar arasında 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.