Cüdoçularımızdan Bremendə tarixi nəticə 

Cüdoçularımızdan Bremendə tarixi nəticə 

Azərbaycanın gənclərdən ibarət komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq Bremen Masters turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, istedadlı gənc idmançılar 4 qızıl və 3 bürünc medal qazanaraq medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar. Komandamızın üzvlərindən Məhəmməd Musayev (-66 kq), Süleyman Əliyev (-73 kq), Aslan Kotsoyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Bürünc medallasa isə Babarəhim Mirzəyev (-60 kq), İslam Rəhimov (-66 kq) və Tuncay Şamil (-90 kq) sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.

Qeyd edə ki, Bremen Masters turnirinin keçmiş qalibləri dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Bremen Masters turnirinin əvvəlki qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf kimi məşhur idmançılar var.

 

 

Cüdoçularımızdan Bremendə tarixi nəticə  Cüdoçularımızdan Bremendə tarixi nəticə  Cüdoçularımızdan Bremendə tarixi nəticə  Cüdoçularımızdan Bremendə tarixi nəticə  Cüdoçularımızdan Bremendə tarixi nəticə