“Sosial mediaya görə heç vaxt narahat olmuram”

“Sosial mediaya görə heç vaxt narahat olmuram”

“San Antonio Spurs” klubunun lideri Viktor Vembanyama sosial mediada ona qarşı tənqidlərə necə cavab verdiyindən danışıb.

“Telefonumu söndürürəm. Çox vaxt sosial şəbəkələri telefonumdan bir neçə gün, həftə və ya aylarla silirəm. Nəsə tapmaq lazım olanda onları yenidən yükləyirəm. Sosial mediaya görə heç vaxt narahat olmuram”, - deyə Vembanyama “Bleacher” saytına istinadən xəbər verir.

Qeyed edək ki, fransalı basketbolçu bu yaxınlarda NBA tarixində bir oyunda ən azı 30 xal, 15 ribaund, beş asist və eyni sayda bloklanmış zərbə vuran ikinci yeniyetmə olub. Bu uğuru ondan əvvəl ikiqat NBA çempionu David Robinson “San Antonio”nun heyətində bacarmışdı.