Milli Olimpiya Komitəsinin əməkdaşı beynəlxalq foto müsabiqəsinin qalibləri sırasında yer alıb

Milli Olimpiya Komitəsinin əməkdaşı beynəlxalq foto müsabiqəsinin qalibləri sırasında yer alıb

Giulio Onesti Fondu"Run for Art" beynəlxalq foto müsabiqəsinin qaliblərini elan edib.

“Run for Art” beynəlxalq foto müsabiqəsinin qalibləri arasında Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı Mirağa Əliyev də yer alıb. MOK-un əməkdaşı, “Gələcəkdə İdman və ətraf mühit” kateqoriyasında “Olimpiya Günü” fotosu ilə birinci yerə layiq görülüb.

“İdman və mədəni mühit” kateqoriyasında hindistanlı Sudip Maiti “Qədim sənət”, “İdman və sosial mühit” kateqoriyasında Arpan Choudhury (Hindistan) “Maariflənmiş canlar”, “İdman və şəhər mühiti” kateqoriyasında Ayman Yusef (İtaliya) “Sətirlər arasındakı hiylə”, “İdman və təbii mühit” kateqoriyasında isə fransalı Jean-Baptiste Liautar “Dune” fotosu ilə qaliblər sırasında yer alıblar.

“Run For Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq foto müsabiqəsidir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənəti və idmanı birləşdirməkdir. Müsabiqə dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub.

Hər müsabiqə üçün 5 fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzular idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır. Fotoşəkillər incəsənəti, idmanı və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir.