Olimpiya Təsnifat turnirinə 33 ölkənin güləşçisi iştirak edəcək 

Olimpiya Təsnifat turnirinə 33 ölkənin güləşçisi iştirak edəcək 

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

“İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.