Bakı şəhər birinciliyinin ilk yarış günü yekunlaşdı 

Bakı şəhər birinciliyinin ilk yarış günü yekunlaşdı 

Bu gün 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən ilk yarış günündə 278 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızlar arasında -28 kq, -40 kq və -52 kq çəki dərəcələrində, oğlanlar arasında isə -34 kq, -46 kq və -60 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib.

Üç gün davam edəcək yarışda ümumilikdə 900-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.   

Yarış 31 may – 3 iyunda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.