"Xəzər Lənkəran” klubunun baş məşqçi vəzifəsinə yeni çalışdırıcının təyinatı gerçəkləşib. Türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə lənkəranlılar 1 il yarım müddətinə müqaviləyə imza atıblar. Noyabrın 30-da klubun Lənkərandakı ofisində "Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov cənabları ilə görüşüb bir çox detalları müzakirə edən M. Dənizli ertəsi gün atdığı imza ilə klubumuzun rəsmən yeni baş məşqçisi olub.