Cüdo üzrə ACF Kubokuna start verildi

Cüdo üzrə ACF Kubokuna start verildi

 

Cüdo üzrə 18 yaşadək (U-18) yeniyetmə oğlanlar arasında Azərbaycan Cüdo Federasiyası (ACF Kuboku) kubokuna start verilib. "Sərhədçi" İdman Mərkəzində keçirilən yarışda 8 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. Yarışda 50 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 184 cüdoçu medallar uğrunda mübarizə aparır.