Bədii gimnastlarımız Tallinə yollanacaqlar 

Bədii gimnastlarımız Tallinə yollanacaqlar 

Aprelin 5-7-də Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə birinci “Tallin Open”  beynəlxalq turniri keçiriləcək. 
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız da mübarizə aparacaq. 
Yığmamızın AGF-in idman direktoru Natalya Bulanova və məşqçi Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova, böyük fərdi gimnastlar - İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova, gənc fərdi gimnastlar - Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı ilə təmsil olunacaq. 
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlər Nigar Abdusalimova və Yevgeniya Vilyayeva, o cümlədən, məşqçilər Nigar Musazadə, Nəzrin Cəfərzadə, Qaratova Jalə və xoreoqraf Akif Kərimli ölkəmizi təmsil edəcək.